Aşağı emissiyalı nəqliyyat vasitələrinin kreditləşdirilməsinə dair göstəricilər açıqlanıb

2026.05.14 15:19 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının "Dayanıqlı maliyyə hesabatı"na əsasən, 2025-ci ildə aşağı emissiyalı nəqliyyat vasitələrin (hibrid və elektrik) kreditləşməsi həcmi 75 milyon manat təşkil edib.

Ümumi avtokredit portfelində bu növ kreditlərin payı say üzrə 61 faizə, məbləğ üzrə isə 71 faizə yüksələrək, müvafiq olaraq 13 və 6 faiz bəndi artıb.

İdxalın strukturunda hibrid avtomobillərin payının kəskin artaraq 60 faizə (+31) çatması qeydə alınıb ki, bu da onların bazarda daha geniş yayılması və istehlakçılar tərəfindən daha çox üstünlük verilməsi ilə izah oluna bilər. Bu tendensiya infrastruktur, qiymət fərqləri, enerji təminatı və istehlakçı davranışı kimi amillərlə əlaqələndirilir.

Bununla yanaşı, elektromobillərin xüsusi çəkisi 1 faiz bəndi azalaraq 2 faiz təşkil edib.