Sinqapurla ticarət dövriyyəsi 2 dəfədən çox artıb

2026.05.13 17:44 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Sinqapurla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,1 dəfə artaraq 13,3 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Sinqapurla ticarətin payı 0,14 faiz təşkil edib.