İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited" şirkəti arasında sənədlər imzalanıb

2026.05.12 14:33 (UTC+04:00)

“bp şirkətinin baş icraçı direktoru xanım Meq O’Nillə görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR ilə “BP Exploration (Caspian Sea) Limited" şirkəti arasında sənədlər imzalandı.

İqtisadiyyat Nazirliyi ilə “BP Exploration Limited” şirkəti arasında yüksək məhsuldarlıqlı hesablama (HPC) infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən yeni yaradılan HPC infrastrukturunun bp şirkətinin təcrübəsi əsasında gücləndirilməsini nəzərdə tutur.

“BP Exploration Limited" şirkəti ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə təkan verəcək”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.