“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin yeni baş icraçı direktoru xanım Meq O’Nillə görüşdük.
Şirkətin qlobal biznes əməliyyatları, Azərbaycanla uzunmüddətli səmərəli əməkdaşlığı və regionda həyata keçirilən enerji layihələri barədə fikirlərimizi bölüşdük.
Ölkəmizlə bp şirkəti arasında yeni işbirliyi istiqamətlərini müzakirə etdik. Meq O’Nilə yeni vəzifəsində uğurlar arzulayırıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.