İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) "Milli Proqram"ın Naxçıvan Muxtar Respublikası üzrə icra nəticələrini açıqlayıb.
Mərkəzin məlumatına görə, muxtar respublikada 1 646 istifadəçi proqrama qoşularaq müasir biliklərə yiyələnmək imkanı əldə edib. Ümumilikdə 6 120 təlim müraciətinin qeydə alındığı proqram çərçivəsində artıq 1 941 təlim uğurla tamamlanıb.
İstifadəçilərin ən çox üstünlük verdiyi istiqamətlər arasında yumşaq bacarıqlar (soft skills), biznes, informasiya texnologiyaları, data analitikası və maşın öyrənməsi kimi müasir sahələr ön sıralarda yer alıb.