Rəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu?

2026.06.09 09:49 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində qeyd olunan xidmətlərin göstərilməsi zamanı ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yer hesab olunur.

Sorğuya cavab olaraq bildirilib ki, rezident müəssisə tərəfindən qeyri-rezidentə Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində nəzərdə tutulan məsləhət, reklam və digər analoji xidmətlərin, habelə kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsi xidmət ixracı hesab olunur və 0 (sıfır) dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi