Əfqanıstanın Dağ-Mədən və Neft Nazirliyi Azərbaycan və Qırğızıstan səfirlərinin iştirakı ilə Künduz vilayətinin Qala-i-Zal rayonunda yerləşən qızıl yatağının hasilatına dair “Subhan Momand Company” və Azərbaycanın “Reef Group” şirkəti ilə beşillik müqavilə imzalayıb.
Nazirliyin məlumatına görə, razılaşmanın dəyəri 20,24 milyon dollar, yatağın sahəsi isə 5,97 kvadratkilometr təşkil edir.