DVX-nin internet saytında “Ən çox verilən suallar” bölməsi yenilənib

2026.05.08 15:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) cəmiyyətdə vergi qanunvericiliyi barədə məlumatlılığın artırılması və vergi ödəyiciləri ilə kommunikasiyanın gücləndirilməsi istiqamətində maarifləndirici tədbirləri davam etdirir. Bu çərçivədə Vergi Məcəlləsində edilmiş dəyişikliklər və vergi qanunvericiliyindəki yeniliklərlə bağlı vergi ödəyiciləri tərəfindən tez-tez verilən sualları və cavabları əhatə edən məlumatlar DVX-nin rəsmi internet saytında yerləşdirilir. Mütəmadi olaraq yenilənən bu bölmədə növbəti sual-cavab bloku yerləşdirilib. “Ən çox verilən suallar” bölməsi ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

https://www.taxes.gov.az/az/page/faq