İlk rübdə neft bitumunun ixracında artım qeydə alınıb

2026.05.08 14:58 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədən təqribən 572 min ABŞ dolları dəyərində 2065 tondan çox neft bitumu ixrac olunub. Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 7,08 faiz, həcm olaraq isə 1,01 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,01 faizə bərabər olub.

Mənbə: Dövlət Gömrük Komitəsi