Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 12 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

2026.05.08 09:30 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

2026-cı ilin yanvar – aprel ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 12 milyon 181,8 min manat təşkil edib.