Aksizli malların siyahısı: yeni məqamlar, dərəcələr MƏQALƏ

2026.05.12 09:41 (UTC+04:00)

Vergi Məcəlləsinin 190-cı maddəsinə edilən dəyişikliklərlə aksizli malların siyahısına iki yeni mal əlavə edilib:

- dövlәt qeydiyyatına alınmalı olan kvadrisikllәr (maddə 190.1.9-1);

- mobil cihazlar (maddə 190.1.13).

Kvadrisikl dörd təkərli, ölçüsünə və gücünə görə avtomobildən daha kiçik olan nəqliyyat vasitəsidir və motosikllə avtomobil arasında aralıq kateqoriyaya aid edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi haqqında Әsasnamə”yə əsasən, mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalıdır. Bu göstəricilərə uyğun gələn kvadrisikllər aksizli mallar hesab edilir.

Mobil cihaz anlayışı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun olaraq müəyyən edilir.

Vergi Məcəlləsinin 188-ci maddəsi aksizdən azadolma və güzəştləri müəyyən edir. Qeyd edildiyi kimi, Vergi Məcəlləsinin 190-cı maddəsinə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunub və ümumi qaydada idxal olunan mobil cihazlar aksiz vergisinə cəlb edilir.

Lakin Vergi Məcəlləsinin 188.1.11-ci maddəsinə əsasən, təqvim ili ərzində 1 ədəd mobil cihaz aksiz vergisindən azaddır. Tutaq ki, fiziki şəxs 2026-cı il ərzində 3 ədəd mobil cihaz idxal etdikdə, aksiz vergisi yalnız 2 ədəd mobil cihaza tətbiq ediləcək.

Qeyd edək ki, aksiz vergisi 20 manat müəyyən edilib. Eləcə də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik nəticəsində təqvim ili ərzində 1 (bir) ədəddən artıq istənilən mobil cihazın hər biri üçün 100 manat məbləğində dövlət rüsumu tətbiq ediləcək.

Minik avtomobillərinə görə aksiz vergisi

Vergi Məcəlləsinin 190.4.1-4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixinin 7 ildən artıq olması halında aksiz vergisi bu Məcəllənin 190.4.1-ci və 190.4.13-cü maddələrinə uyğun olaraq hesablanmış məbləğə yüksəldici əmsal tətbiq edilməklə müəyyən edilir.

1 yanvar 2026-cı il tarixindən etibarən:

- benzin mühərrikli minik avtomobilləri üzrə tətbiq edilən yüksəldici əmsal 1,2-dən 1,5-ə,

- dizel mühərrikli minik avtomobilləri üzrə isə 1,5-dən 2,0-a qaldırılıb.

Beləliklə, istehsal tarixi 7 ildən artıq olan idxal minik avtomobilləri üzrə aksiz yükü əhəmiyyətli dərəcədə artırılıb.

Aksizli malların dərəcələrində hansı dəyişikliklər olub?

Vergi Məcəlləsinin 190.3-cü maddəsinə edilən dəyişikliklərə əsasən, aksiz dərəcələri dəyişməklə bağlı aksiz malları üzrə yeni dərəcələr müəyyən edilib:

Maddə

Maddənin adı

Maddənin yeni redaksiyası

Vergitutma obyekti

Öncəki aksiz dərəcəsi

Cari aksiz dərəcəsi

190.3.1.

içməli spirt (o cümlədən

tərkibində 80 faizdən az spirt olmayan

denaturlaşdırılmamış etil spirti; tərkibində 80

faizdən az spirt olan

denaturlaşdırılmamış etil

spirti)

içməli spirt

(o cümlədən denaturlaşdırılmamış etil spirti)

Litr

4,8

manat

5,0 manat

190.3.2.

araq (vodka), tündləşdirilmiş içkilər və

tündləşdirilmiş içki materialları, likyor

və likyor məmulatları

Litr

4,8

manat

5,0 manat

190.3.3.

konyak və konyak materialları

Litr

4,8

manat

5,0 manat

190.3.7.

siqarilla (nazik siqarlar)

1000 ədəd

45,5 manat

55 manat

190.3.8.

tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri

1000 ədəd

45,5 manat

55 manat

190.3.10

energetik içkilər

litr

3,1

manat

3,3 manat

Maddə

Maddənin adı

Maddənin yeni redaksiyası

Vergitutma

obyekti

Öncəki aksiz

dərəcəsi

Cari aksiz

dərəcəsi

190.3.13

bu maddədə nəzərdə tutulmayan

tündləşdirilməmiş alkoqollu içkilər

(tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) – hər litrinə 0,4 manat

litr

0,4

manat

0,5

manat

190.3.14

qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri,

istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər,

“homogenləşdirilmiş” və ya “bərpa edilmiş”

tütünlər, çeynənilən və ya

buruna çəkilən tütünlər

qəlyan üçün

tütünlər və tütün

əvəzləyiciləri

kiloqram

22,0 manat

190.3.14-

1

——-

istehsal

məqsədli

tütünlər istisna

olmaqla, digər çəkməli

tütünlər,

“homogenləşdir ilmiş” və ya

“bərpa edilmiş” tütünlər,

çeynənilən və ya buruna çəkilən tütünlər

—-

162 manat

190.3.15

alışdırılmadan nəfəsə çəkilmək üçün

nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar

1000 ədəd

16 manat

25,50 manat

190.4.16.

Kvadrisikllərin mühərrikin həcminin görə

kubsantimetr

0,5 manat

190.4.6

mobil cihazlar

ədəd

20 manat