Azərbaycan 16-19 iyun 2026-cı il tarixlərində İİB Qrupunun İllik Toplantılarına ev sahibliyi edəcək VİDEO

2026.05.07 14:00 (UTC+04:00)

Azərbaycan 16-19 iyun 2026-cı il tarixlərində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına ev sahibliyi edəcək. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş bu mötəbər tədbir Qrupun 57 üzv ölkəsinin rəhbər şəxslərini və tərəfdaşları bir araya gətirərək, ortaq inkişafın gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması üçün mühüm platforma rolunu oynayacaq.