"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında ölkə Prezidentinin 2019-cu il 29 may tarixli sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir: “Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim olunması nəzərdə tutulur".