Tacikistanla ticarət dövriyyəsində müsbət dinamika var

2026.05.07 13:24 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,55 dəfə artaraq 6,9 milyon ABŞ dollarını üstələyib.

Ötən ilin ilk rübüylə müqayisədə ixracın həcmi 2,7 dəfə artıb. Belə ki, 2025-ci ilin 1-ci rübündə qeydə alınmış 2,3 milyon dollarlıq ixrac göstəricisi 2026-cı ilin müvafiq dövründə 6,2 milyon ABŞ dollarını ötüb.

Bu ilin ilk rübündə ölkənin ümumi ticarət dövriyyəsində Tacikistanla ticarətin payı 0,14 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi