Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

2026.05.06 14:14 (UTC+04:00)

“Ümummilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan dövlət quruculuğu və güclü idarəetmə modeli Azərbaycanın dayanıqlı inkişafının bünövrəsidir. Ulu Öndərin milli intibah fəlsəfəsi dövlət siyasətində fundamental inkişaf prioritetlərinin formalaşdırılmasına və iqtisadiyyatımızın strateji inkişafına təkan verib. Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndərin dövlətimizin tərəqqisi yolunda misilsiz xidmətlərini dərin rəğbət və böyük qürur hissi ilə vurğuladıq. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif edilmiş İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan qurumların əməkdaşlarına medallarını təqdim etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.