Özbəkistan 2020-ci il yanvarın 1-dən ölkədə internet xidmətləri göstərən "Google", "Yandeks", "Alibaba" və "Neftlix" şirkətlərinə vergi tətbiq edəcək. Özbəkistan mətbuatı xəbər verir ki, ölkənin yeni Vergi Məcəlləsinə bununla bağlı maddə əlavə olunub və vergi ümumi gəlirin 20 faizi həcmindədir.
Məlumatda bildirilir ki, 2017-ci ildən Rusiya "Google" və "Apple" şirkətlərinə 18 faiz həcmində vergi tətbiq edib. Qazaxıstan, Qırğızıstan və Tacikistan da internet xidməti göstərən şirkətlərə vergi qoymaq istəklərini bildiriblər.