"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2026.05.04 12:58 (UTC+04:00)

- Kirayə gəlirindən vergi necə tutulur? Dövlət Vergi Xidmətindən açıqlama.

- Hansı halda gömrükdə qalan mallar dövlət mülkiyyətinə keçəcək? Dövlət Gömrük Komitəsi sual doğuran məqamlara aydınlıq gətirdi.

- Neft və qazdan sonra ölkəyə ən çox gəliri qızıl gətirib. Bəs nə qədər qızıl ixrac olunub?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 3 may 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Paşa Bankın Maliyyə institutları şöbəsinin rəhbəri Mirsayyad Mahmudov Günel Bəhramqızının suallarını cavablandırıb.