Son 11 ildə Azərbaycanda 302,5 milyard kubmetr qaz hasil edilib

2019.09.03 16:07 (UTC+04:00)

2008-2018-ci illərdə ölkəmizdə 302,5 mlrd. kubmetr qaz hasil edilib. Energetika Nazirliyindən verilən məlumata görə, ötən 11 il ərzində ən yüksək hasilat göstəricisi 2018-ci ildə – 30,5 mlrd. kubmetr, ən aşağı göstərici isə (23,4 mlrd. kubmetr) 2008-ci ildə qeydə alınıb. Hesablamalara əsasən, son 11 il ərzində ölkədə qaz hasilatı 30,3 faiz artıb.

Azərbaycanda qaz hasilatının artması “Şahdəniz” qaz-kondensat yatağında məhsul istehsalının yüksəlməsi ilə əlaqədardır. Ötən dövrdə respublikada hasil olunan qazın 129,7 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 98,7 mlrd. kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.
Məlumata əsasən, son 11 ildə ölkədə istehsal olunan qazın 75,9 mlrd. kubmetri SOCAR tərəfindən təmin edilib. Şirkət üzrə ən yüksək hasilat göstəricisi 2014-cü ildə – 7,22 mlrd. kubmetr, ən aşağı göstərici isə (6,1 mlrd. kubmetr) 2017-ci ildə qeydə alınıb.