Dünya birjalarında neftin bahalaşması davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 8,07 dollar artaraq 126,1 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 3,17 dollar artaraq 110,05 dollar təşkil edib.
Qeyd edək ki, bu göstərici ilə “Brent” və “Light” markalı neft son 4 illik maksimumu yeniləyib. Qiymətlərin belə kəskin artmasına isə ABŞ Prezidenti Donald Trampın ötən gün Hörmüz boğazı ilə bağlı səsləndirdiyi bəyanatı səbəb olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,43 dollar və ya 5,55 faiz artaraq 122,32 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.