Uruqvay ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

2026.04.30 09:20 (UTC+04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeriya Çukasi ilə görüşüb. Ölkəmizin səmərəli sərmayə mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika potensialı diqqətə çatdırılıb. İki ölkə arasında işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin, eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya transferi və data mərkəzləri sahələrində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud imkanlardan səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.