2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,5 milyard dollar və ya 14 faizartıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 133 milyon dollar dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 7 ayında qeyri-neft sektoru üzrə ixrac 164 milyon dollar və ya 17 faiz artıb.
Bu ilin yeddi ayında Rusiyaya 395,9 milyon, Türkiyəyə 251,2 milyon, Gürcüstana 100,4milyon, İsveçrəyə 88,3 milyon və İtaliyaya 32,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 17 faiz,Gürcüstana 23 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya isə 2,4 dəfə artıb.