İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviya Ticarət və Sənaye Palatası (LCCI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Agentliyin icraçı direktoru Yusif Abdullayev və Palatanın Azərbaycandakı nümayəndəsi Liqa Siçeva imzalayıblar.
Anlaşma Memorandumu Azərbaycan və Latviya arasında ikitərəfli investisiyalar və ticarətin təşviqi, biznes imkanlarının araşdırılması üzrə məlumat mübadiləsinin aparılması, birgə tədbirlərin təşkili, eləcə də iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.