2026-cı ilin yanvar-mart aylarında ölkədə 61,9 min ton neft koksu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 35,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, mart ayında neft koksunun istehsalı fevral ayı ilə müqayisədə 20,3 min ton və ya 48,8 faiz artıb.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 41,1 min ton təşkil edib.