İqtisadiyyat nazirinin müavini Yevlaxda vətəndaşları qəbul edib

2026.04.28 17:13 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Yevlax şəhərində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri əsasən, sahibkarlığın inkişafı, vergi, əmlak, güzəştli kreditlərin verilməsi və digər məsələlərlə bağlı olub.

Qəbulda vətəndaşların sorğu xarakterli müraciətləri ilə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, araşdırma tələb edən müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar verilib.