Əhəng istehsalı artıb

2026.04.28 09:57 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 7,6 min ton əhəng istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, mart ayında əhəng istehsalı fevral ayı ilə müqayisədə 2,6 min ton və ya 52 faiz artıb.

Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 5,1 min ton təşkil edib.