Son 11 ildə elektrik enerjisi ixracı 78,1 faiz artıb

2019.09.03 13:34 (UTC+04:00)

Azərbaycan 2008-2018-ci illər ərzində 8,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi ixrac edib. Energetika Nazirliyindən verilən məlumata əsasən, bu dövr üzrə ən yüksək göstərici – 1 445,2 mln. kVt/saat 2018-ci ildə, ən aşağı göstərici isə – 265 mln. kVt/saat 2015-ci ildə qeydə alınıb. Son 11 ildə Azərbaycanda elektrik enerjisinin ixracı 78,1 faiz artıb. Hesabat dövründə ölkə 1,41 mlrd. kVt/saata yaxın elektrik enerjisi idxal edib.

Qeyd edək ki, Azərbaycan energetika sistemində elektrik stansiyalarının qoyuluş gücü 7.146,565 MVt-dir (84,7 faiz "Azərenerji" ASC üzrə, 11,9 faiz müştərək elektrik stansiyalar üzrə, 3,4 faiz isə Naxçıvan MR üzrə).