SOCAR və "Ukrnafta" arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

2026.04.27 15:10 (UTC+04:00)

SOCAR-ın prezidenti Rövşən Nəcəf "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.

Söhbət zamanı şirkətlər arasında mövcud əməkdaşlığın cari vəziyyətinə, inkişaf perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.