İlk rübdə 24,8 milyon dollarlıq alma ixrac edilib

2026.04.27 12:56 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədən 24,8 milyon ABŞ dolları dəyərində 31,4 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 28,7 faiz, həcmi isə 8,5 faiz artıb.

Cari ilin ilk 3 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,89 faizə bərabər olub.