Bu ilin yanvar-mart aylarında ölkədə 2644,3 ton çay istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, mart ayında çay istehsalı fevral ayı ilə müqayisədə 1 009,7 ton və ya 61,77 faiz artıb.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 70,7 ton təşkil edib.