DVX-nin rəis müavini İlkin Vəliyev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

2026.04.27 10:51 (UTC+04:00)

Qəbələ, İsmayıllı və Oğuz rayonları sakinlərinin nəzərinə!

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 8 may 2026-cı il tarixində saat 11:00-dan etibarən 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 117) Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 27 aprel – 6 may 2026-cı il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Qəbələ və İsmayıllı rayonları üzrə Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.