Qəbələdə pivə və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi dayanıqlı inkişafı təmin edir

2026.04.27 10:20 (UTC+04:00)

“Həmkarlar və “Gabala Beverage Company” şirkətininin təsisçisi Sezar Çöçelli ilə Qəbələdə pivə və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlərlə tanış olduq. Azərbaycan Biznesinin İnkişafı Fondunun payçısı olduğu layihənin regionun iqtisadi potensialının reallaşdırılması, texnologiyaların transferi, məşğulluğun təşviqi və idxaldan asılılığın azaldılması baxımından perspektivlərini qeyd etdik. Bu istiqamətlərdə görülən işlər ölkə iqtisadiyyatına investisiyaların artımını və qeyri-neft-qaz sektorunda dayanıqlı inkişafı təmin edir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.