Dövlət Neft Fondu avqust ayında hərracda satdığı valyutanın məbləğini açıqlayıb

2019.09.03 12:33 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu 3.893,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 383,1 mln. Dollar, yaxud 10,91 faiz çoxdur.
Səkkiz aylıq valyuta satışının 815,4 mln. dolları avqust ayının payına düşüb. Bu isə ötən ilin eyni ayına nisbətən 81,7 mln. dollar və ya 11,14 faiz azdır.
Bu barədə Fondun İctimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.