Ələt azad iqtisadi zonasına torpaq sahəsi verilib

2026.04.24 12:26 (UTC+04:00)

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.

İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna tapşırılıb ki, Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.