"Bir pəncərə"dən 91,7 milyon dollar dəyərində qeyri-neft ixracı gercəkləşib

2019.09.03 12:15 (UTC+04:00)

Bu ilin avqust ayında "Bir pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 11,6 milyon ABŞ dolları olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda məlumat verilib.

2019-cu ilin yanvar-avqust ayları ərzində "Bir pəncərə" vasitəsilə yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 91,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib. Mərkəzin təqdim etdiyi sertifikatların 31 faizi Rusiya, 29 faizi Gürcüstan, 10 faizi isə Türkiyənin payına düşür.

Qeyd edək ki, "İxrac icmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət etməkdir. Xatırladaq ki, 2018-ci ildə “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 150 milyon ABŞ dolları təşkil edib.