Betondan yığma tikinti konstruksiyalarının istehsalında artım var

2026.04.24 14:33 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 14,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 38,3 faiz və ya 4,1 min kubmetr artıb.