Gürcüstan ilə ticarət dövriyyəsi artıb

2026.04.24 15:05 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 28,9 faiz artaraq 264,6 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 2,81 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi