İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında həyata keçirilən layihələrin iqtisadi əməkdaşlığın gücləndirilməsində əhəmiyyəti qeyd olunub.
Tərəflər qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin icrası, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
-----
17:28
“Özbəkistanın investisiya, sənaye və ticarət naziri, Azərbaycan – Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının həmsədri, dostum və həmkarım Laziz Kudratovu ölkəmizdə qarşılamaqdan məmnun olduq.
Ölkələrimizin strateji tərəfdaşlığını, dinamik iqtisadi inteqrasiyanı və yeni təşəbbüsləri vurğuladıq.
Qarşılıqlı sərmayələrin və ticarət dövriyyəsinin artırılması, birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.