Bu ilin ilk rübündə 24,6 milyon dollarlıq neft koksu ixrac edilib

2026.04.23 18:00 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədən 24,6 milyon ABŞ dolları dəyərində 60,7 min tondan çox neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 70,7 faiz, həcmi isə 34,9 faiz artıb.

Cari ilin ilk rübündə neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,46 faizə bərabər olub.