Bu ilin yanvar-mart aylarında ölkədə 9 035,0 ton lak-boya məmulatları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin fevral ayına nisbətdə isə martda istehsal həcmində 1,1 faiz artım qeydə alınıb.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 620 ton təşkil edib.