Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz (187 milyon manat) çox olmaqla 1,955 milyard manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.
Yanvar-mart ayları ərzində 11 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.