Dövlət büdcəsinin gəlirləri 5 faiz artıb

2026.04.22 12:26 (UTC+04:00)

2026-cı ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9140,1 milyon manat proqnoza qarşı 9598,6 milyon manat və yaxud 458,5 milyon manat (5 faiz) çox icra edilib.

Maliyyə Nazirliyinin bu ilin ilk rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatına əsasən, bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 24,9 faizinə bərabərdir.

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.