Şəkər istehsalında artım var

2026.04.22 17:24 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 75,9 min ton şəkər və qənd istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 14,7 faiz artıb.

2026-cı ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 14,1 min ton təşkil edib.