Emal olunmuş tütün istehsalında artım var

2026.04.21 11:56 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 503,3 ton emal olunmuş tütün istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin fevral ayına nisbətdə isə martda istehsal həcmində 2,5 dəfəyədək artım qeydə alınıb.

Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 150,3 ton təşkil edib.