İndoneziya ilə ticarət dövriyyəsi 4,6 dəfə artıb

2026.04.21 10:51 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 4,6 dəfə artaraq 24,7 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İndoneziya ilə ticarətin payı 0,26 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi