- Vergi borcunu vaxtında ödəməyənlərə qarşı hansı tədbirlər nəzərdə tutulur? Hansı halda ölkədən çıxışa məhdudiyyət qoyula bilər?
- Cənub rayonlarında çiyələk mövsümü başlayıb. Məhsulun qiyməti sahədən bazara qədər necə dəyişir?
- Yağışlı hava kənd təsərrüfatına ziyan vurubmu? Bunun təsiri bazarlarda necə hiss edilir?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 19 aprel 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Vergi Xidmətinin Vergi öhdəliklərinin icrasına nəzarət Baş İdarəsinin rəis müavini Rəsul Hüseynov Günel Bəhramqızının suallarını cavablandırıb.