Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkədən 62,4 milyon ABŞ dolları dəyərində 19,1 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,3 faiz, həcm olaraq isə 6,9 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən dəyəri 785,97 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində alüminium ixracının xüsusi çəkisi 7,94 faizə bərabər olub.