Pambıq mahlıcı və ipliyinin istehsalı artıb

2026.04.20 14:03 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədə 40,9 min tondan çox pambıq mahlıcı və 6,2 min tondan çox pambıq ipliyi istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 16 faiz, pambıq ipliyinin istehsalı isə 74,7 faiz artıb.

Aprel ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 39,7 min ton, pambıq ipliyi üzrə isə 5 min ton təşkil edib.