Bolqarıstanla ticarət dövriyyəsində 20 faizədək artım qeydə alınıb

2026.04.20 13:04 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 18,6 faiz artaraq 186,8 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,98 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi