Oktyabrın ilk hərracında nələr satılacaq...

2019.09.02 16:05 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq istəyən şəxslər üçün növbəti iştirak imkanı yaradıb. Oktyabrın 1-də baş tutacaq hərraca ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.
Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30 faizlik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.

Özəlləşdirməyə çıxarılan bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və “Özəlləşdirmə portalına” (privatization.az) daxil ola bilərlər.