Cari ilin ilk rübündə dəyəri 25 milyon dollara yaxın qara metallar ixrac edilib

2026.04.17 18:46 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında ölkədən təqribən 24,9 milyon dollar dəyərində 20,2 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,1 faiz, həcm olaraq isə 9,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,89 faizə bərabər olub.